FETÖ, PKK VƏ İŞİD İŞBİRLİYİ... - ABŞ və NATO söz verib

"AzPolitika.info" Türk KİV-nə istinadən xəbər verir ki, Jandarma Komandanlığının TBMM Çevriliş Araşdırma Komissiyasına göndərdiyi hesabatda, FETÖ-çu xainlərin İŞİD və PKK-ilə necə əməkdaşlıq etdiyini gözlər önünə sərib. Hesabata görə, əldəki kəşfiyyat işləri, terroristlərin ifadələri və radio danışmaları nəticəsində hazırlanıb göndərilən hesabatda FETÖ-nun PKK və İŞİD ilə birlikdə hərəkət etdiyi, əməkdaşlıq içində olduğu təsdiqlənib.

ABŞ VƏ NATO SÖZ VERİB

Hesabatda: PKK-nın bəzi idarəçiləri prezident Ərdoğanın payızda devriləcəyinə dair ABŞ və NATO-nun özlərinə söz verdiyi, müqavimət göstərilməsi vəziyyətində isə FETÖ, PKK və digər solçu təşkilatlarla "Gəzi"dən daha böyük bir daxili qarışıqlıq çıkartacağı şəklində məlumatlar gəldiyi ifadə edilib. Qiyamı başladacaq olanların da PKK terror təşkilatı, 9 solçu terror təşkilatı, Nusayrilər, Ələvilər, Fətullahçılar və həssas xalq seqmenti olduğu şəklində məlumat yer alıb.

PKK-GÜLƏN ƏMƏKDAŞLIĞI ETİRAFI

Separatçı terror təşkilatının Avropada məsul şəxsi Zana Azad adlı terroristin 26 aprel 2016-cı ildə sosial şəbəkə üzərindən paylaşdığı mesajda: "Fətullah Güləni sevmədiyimi hər kəs bilir. Amma AKP-İŞİD faşizminin yıxılması üçün inqilabçı xalqların Gülənlə etdiyi əməkdaşlıq ən doğru qərardır", şəklində mesaj paylaştığına vurğu edilib. Beləcə ittifaq etdikləri ortaya çıxıb.

ŞOK EDƏN ETİRAF

Nəzarətə alınan Suriya mənşəli Məhəmməd Əl Süleymanın dindirilməsində, partlayıcıları Türkiyəyə "Elvan kapitan" olaraq tanıdığı kəşfiyyat əməkdaşına ötürdüyünü bildirib. "Elvan kapitan" olaraq bilinən Jandarma zabiti İrfan Çətinqayanın işdən ixrac edildiyi ortaya çıxıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar