İstanbulda yerləşən “Reina” gecə klubunda Yeni il axşamı terror aktı törədən şəxsin görüntüləri yayılıb.
“AzPolitika.info” “milliyet”ə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları təhlükəsizlik kameralarından terrorçunun görüntüsünü əldə etməyi bacarıblar.
Videoda onun hadisə yerindən taksiyə minərək uzaqlaşdığı və daha sonra avtomobildən düşdüyü görünür.
Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terrorçunun yerini təyin etmək üçün işləri davam etdirir. Terroristin Qırğız olma ehitmalı üzərində durularkən istintaqın gizliliyi səbəbiylə polis məhdud məlumat verir.




Şərhlər