Menu

"Referendum təşkil edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”

12.05.2014, 12:57
"Referendum təşkil edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”

Ukraynanın Donbas bölgəsində qondarma referendum təşkil edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. APA-nın Ukrayna mətbuatına görə, bunu Ukrayna prezidentinin səlahiyyətlərini icra edən, Ali Rada sədri Aleksandr Turçinov bəyan edib.

O qeyd edib ki, Ukrayna hökuməti bundan sonra da terrorçulara, diversantlara və cinayətkarlara qarşı mübarizəni davam etdirəcək.

“Terrorçularla separatçıların referendum adlandırğını məzhəkə qətllər, zorakılıq, insanların oğurlanması və digər cinayətləri ört-basdır etmək cəhdidir”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol