Menu

Masallıda iki avtomobil toqquşub - İki nəfər ölüb

03.01.2017, 13:03

Qezada-sinmish-padpres-180912Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 12.00 radələrində Masallı-Yardımlı şosesinin rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan “Fiat” markalı və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Güclü zərbədən hər iki nəqlkiyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “VAZ-2107”-nin sərnişini olan ər və arvad aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Onların meyitləri morqa aparılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış “Fiat”ın sərnişini, 2004-cü il təvəllüdlü Zeynəb Həmzəyeva isə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol