Menu

Qubada iki azyaşlınıı maşın vurub, biri ölüb

03.01.2017, 20:48

qeza piyadaUşaqlardan birinin 10 yaşı olub

Quba rayonunda bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

Məlumata görə, Musayev Mehman Əmirqulu oğlu öz avtomobili ilə hərəkətdə olarkən 2006-cı il təvəllüdlü kənd sakini Qurbanov Xəqani Nurağa oğlu və onun qardaşı Qurbanov Rinadı vurub. Nəticədə Qurbanov Xəqani "qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol göz altı nahiyəsinin əzilmiş-cırılmış yarası" xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qurbanov Rinad isə ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol