Menu

Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb

03.01.2017, 21:59

bicaqŞəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini 1999-cu il təvəllüdlü Mehdizadə Elmir Qasım oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətini orta ağır olduğu bildirilir.

Məlumata görə, E. Mehdizadə qonşusu olan həmyaşıdı tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol