Menu

"Neftçi" "Real Betis"in sabiq futbolçusu ilə müqavilə imzalayıb

03.01.2017, 23:03
"Neftçi" "Real Betis"in sabiq futbolçusu ilə müqavilə imzalayıb

İqnasio Herrera 1 il komandanın uğurları üçün çalışacaq

Bakının “Neftçi” klubu transfer işlərini davam etdirir.

"Report" klubun rəsmi saytına istinadən məlumat verir ki, komanda bu dəfə Çilidən olan hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə imzalayıb.

Sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olmuş 29 yaşlı futbolçu indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” B klublarında çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol