Menu

ABŞ-da qatar qəzası - 103 yaralı var - YENİLƏNİB

04.01.2017, 20:43
ABŞ-da qatar qəzası - 103 yaralı var - YENİLƏNİB

ABŞ-da sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində xəsarət alanların sayı 103 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Nyu-Yorkun Yanğın Xidmətinin "Tvitter"dəki mikrobloqunda məlumat verilib.

Məlumatda bildirilir ki, qəza zamanı qatarda 600 sərnişin olub.

***

ABŞ-ın Nyu-York ştatının Bruklin rayonunda sərnişin qatarı relsdən çıxaraq aşıb. Son məlumata görə, hadisə nəticəsində 76 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol