Menu

İraqda iki İŞİD lideri məhv edilib

04.01.2017, 21:26

publika.az1408815807iraq-tikrite-hucumABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya qüvvələri İraqda İŞİD terrorçu qruplaşmasının iki liderini məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu koalisiyanın nümayəndəsi Con Dorrian bəyan edib.

“İŞİD-ın İraqda iki lideri, İmad əl-Mahalauyi və Fəlah əl-Rəşidi məhv edilib. Yanvarın 4-də məhv edilən əl-Rəşidi Mosulda minalanmış avtomobillərin istehsalı ilə məşğul olub. Digər terrorçu dekabrın 21-də öldürülüb. Onun məhv edilməsi Fərat çayı vadisində terror aktları törədilmə imkanlarını azaldacaq”, deyə C.Dorrian bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol