Hadisə zamanı 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb
Rusiyada yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Məlumata görə, hadisə Altay diyarının Kosixinsk rayonunda qeydə alınıb. Belə ki, "R-256" federal avtomobil yolunun 240-cı kilometrliyində 2 sərnişin avtobusu və 2 minik avtomobili toqquşub.
Qəza zamanı 13 nəfər xəsarət alıb. Onlardan 2-i ölüb, 11 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.


Şərhlər