Menu

İstanbulda atışma baş verib - Yaralananlar var

04.01.2017, 22:04
İstanbulda atışma baş verib - Yaralananlar var

Hadisə ilə bağlı təhqiqat aparılır

İstanbuldakı restoranlardan birində atışma baş verib.

"Report" xəbər verir ki, "Əl-Ərəbiyyə" telekanalı məlumat verib.

Məlumata görə, hadisə Fatih rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, hadisə zamanı bir neçə nəfər yaralanıb.

Silahlı insidentin təfərrüatları ilə bağlı ətraflı məlumat verilmir. Hadisə ilə bağlı təhqiqat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol