AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, yaralı fələstinlini qətlə yetirmiş İsrail əsgəri Elor Azariya məhkum edilib.
İsrailin hərbi tribunalı fələstinlini güllələyən İsrail hərbçisinin günahkar olduğunu təsdiqləyib. Məhkəmə onun günahını sübut olunmuş hesab edib. Belə ki, guya ona hücum etmiş fələstinli yaralı - yerdə uzanmış vəziyyətdə olub və heç bir təhlükə törətməyib.
İsrail hərbçisini 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmə cəzanı bir qədər sonra elan edəcək.
Demək olar, yarım ildən artıq müddətdə davam etmiş proses sözün əsl mənasında, İsrail cəmiyyətini iki yerə parçalayıb. İsrailin siyasi rəhbərliyi isə Azariyanı müdafiə edib.


Şərhlər