AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni Prezidenti Donald Tramp çərşənbə günü səhər Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni Baş Katibi Antoniu Qutterişlə telefon danışığı aparıb (Qutteriş vəzifəsinin icrasına yanvarın 1-də başlayıb).
Bu barədə, Tramp tərəfindən Ağ Evin mətbuat katibi postuna namizədliyi irəli sürülmüş Şon Spayser dövri brifinq zamanı xəbər verib.
«ABŞ-n yeni seçilmiş Prezidenti öz iş gününü BMT Baş katibi Antoniu Qutterişə telefon zəngi ilə başlayıb»-deyə, Spayser bildirib, amma söhbət zamanı tərəflərin hansı məsələlərə toxunduqları barədə məlumat verməyib.
Baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bəyan edib ki, Qutteriş Vaşinqtonla BMT arasındakı münasibətlərin cari vəziyyətini Trampla müzakirə edib.
«Mən təsdiqləyə bilərəm ki, Baş katib yeni Prezident Donald Trampla çərşənbə günü səhər söhbət aparıb. Bu, tanışlıq zəngi idi. Onlar ABŞ və BMT münasibətlərini olduqca pozitiv müzakirə ediblər. Baş katib deyib ki, inauqurasiyadan sonra Trampla işə başlamağı gözləyir»-deyə, BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak əlavə edib.
Onun sözlərinə görə, bu danışıq «ümumi diskussiya» olub və həmsöhbtlər konkret movzu üzərində dayanmayıblar.

Şərhlər