Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının yanvarın 6-na rəsmi məzənnəsini 1,7742 AZN/USD səviyyəsində müəyyən edib.
AMB-dən verilən məlumata görə, bu, məzənnənin 0,2% yüksəlməsi deməkdir.
Qeyd edək ki, 30 dekabr 2016-cı il - 5 yanvar 2017-ci il tarixlərində rəsmi məzənnə 1,7707 AZN/USD olub.
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.
***
Azərbaycan Mərkəzi Bankı 5 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, yanvarın 5-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7707 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,8638 manat təşkil edir.
1 türk lirəsi 0,4967 manat, 1 rus rublu 0,0293 manatdır.



Şərhlər