AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, təlim uçuşları keçirərkən, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələrinə (HHQ) məxsus bombardmançı təyyarəsinin mühərriki «qopub düşüb».
Təyyarənin göyərtəsində 5 nəfər ekipaj üzvü olub. İnsident nəticəsində onların heç biri xəsarət almayıb.
«Defence News» nəşrinin yazdığına görə, hərbi-hava qüvvələri komandanlığı təlim uçuşları zamanı B-52 tipli bombardmançı təyyarənin mühərrikinin «qopub» düşdüyünü təsdiqləyib.
İnsident yanvarın 4-də, Şimali Dakota ştatının yaşayış olmayan ərazisində baş verib. Təyyarədə silah-sursat olmayıb.
Qəzanın səbəbləri hələlik məlum deyil.


Şərhlər