Menu

TÜRKİYƏDƏ PARTLAYIŞ - İki terrorçu zərərsizləşdirilib + VİDEO (Yenilənir)

05.01.2017, 18:29
TÜRKİYƏDƏ PARTLAYIŞ - İki terrorçu zərərsizləşdirilib + VİDEO (Yenilənir)

Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyinin yerli idarəsinin binası yaxınlığında partlayış olub. Yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çox sayda xilasetmə və polis qrupu cəlb edilib. Partlayışın bomba yüklü avtomobillə həyata keçirildiyi və hadisə yerində yaralıların olduğu bildirilib. Ədliyyə işçiləri təhlükəsizlik tədbirləri səbəbiylə binanın içərisində saxlanılırr. İşçilər ədliyyə binasında etibarlı bölgələrə yerləşdirilib.

Verilən ilkin məlumata görə bir polis əməkdaşı olmaqla 2 nəfər şəhid olub, 11 nəfər isə yaralanıb.

İzmirdə öldürülən 2 terrorist

***

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan biri hadisə yerində öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu da polis tərəfindən zərərsizləşdirilib.

 İZMİRDƏKİ PATLAMA ANI 

[Haber görseli]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol