Menu

Milyonlarla istifadəçi “WhatsApp”sız qalacaq

05.01.2017, 20:58
Milyonlarla istifadəçi “WhatsApp”sız qalacaq

“WhatsApp” messengeri köhnəlmiş qurğularda işləməyəcək. Bu barədə Britaniyanın “Daily Express” jurnalında məlumat verilib.

Layihə müəlliflərinin sözlərinə görə, messenger “iPhone 3GS”, “Windows Phone 7”, “Android 2.1” və “Android 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək. Bu proqram “Blackberry OS”, “Blackberry 10”, “Nokia S40” və “Nokia Symbian S60” mobil qurğularında iyunun 30-dək istifadə olunacaq.

Qeyd edək ki, “Facebook Messenger”də ödənişsiz videozənglərdən bütün dünyada milyardlarla insan istifadə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol