Menu

"Brent" markalı neftin qiyməti 56 dollara düşüb

06.01.2017, 00:06

brent neftABŞ-ın neft ehtiyatları üzrə statistikanın çıxmasından sonra İCE birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin qiyməti bir barelə görə 56 dollara düşüb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə 20:50-yə olan vəziyyətə görə, "Brent" markalı neft 56,03 dollara qədər ucuzlaşıb.

Bakı vaxtı ilə 20:30-a olan vəziyyətə görə, İCE birjasında WTI markalı yüngül neftin bir bareli 52,80 dollar təşkil edib.

Bu gün Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb ki, ABŞ-da kommersiya məqsədli neft ehtiyatları dekabrın 30-da başa çatan həftə ərzində 7,1 milyon barel azalaraq 479 mln. barelə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol