Mərakeş Daxili İşlər Nazirliyinin, ölkədə fəaliyyət göstərən Fətullahçı Terror Təşkilatına (FETÖ) aid təhsil və tədris müəssisələrini bağlama qərarı aldığı bildirilib.
"AzPolitika"nın xəbərinə görə, Mərakeş Daxili İşlər Nazirliyindən verilən açıqlamada: "Fətullah Gülən camaatına bağlı olaraq fəaliyyət göstərən Fatih Sultan Mehmet məktəblərinin bütün təhsil və tədris müəssisələrinin bağlanılması qərarı alınmışdır. Adı çəkilən məktəblərdə oxuyan tələbələrin yoldan çıxarılmadan başqa məktəblərə keçməsi təmin ediləcək", deyə bildirilib.
Xatırladaq ki, Mərakeşin Tanca şəhərində 1993-ci ildə qurulan Fatih Sultan Mehmet məktəbləri, Tancanın yanında Kasablanka, Fes, Tatvan və Əl-Cədidə şəhərlərində 8 şöbəsi var.


Şərhlər