AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin «Yeni Akit» qəzeti İstanbul qatilini Barak Obamanın fotoları əsasında axtarmağı təklif edib. Qəzet, İstanbuldakı gecə klubuna hücumla Vaşinqtonun əlaqəli olmasının mümkünlüyü barədəki xəbərə belə reaksiya verib.
Belə ki, «Yeni Akit» qəzeti özünün saytında və «Tvitter»də bir kollaj dərc edib. Kollajda ABŞ Prezidenti İstanbul qatili rolunda təqdim olunub.
Təsvirin sağında qatilin şəkili verilib və onun sifəti Obamanın sifətinə dəyişdirilib. Solda isə ABŞ dövlət başçısının adi şəkillərindən biri verilib. Kollaj bu adla dərc olunub: «Qatilin ən aydın fotosu».
Qəzetin saytındakı materialda yazılıb ki, sosial şəbəkələrdəki müzakirələrdə İstanbulun gecə klubundakı qətliamda Vaşinqtonun mümkün iştirakından söhbət açılır.
Bu arada Türkiyə hakimiyyəti artıq xəbər verib ki, İstanbul qatili xaricdə gizlənə bilər - onun əlaqələri və gizlənə bidəcəyi mümkün ünvanlar artıq müəyyən olunub.


Şərhlər