Menu

İranda sərhəd zastavasına hücum olub, ölən və yaralananlar var

06.01.2017, 18:53
İranda sərhəd zastavasına hücum olub, ölən və yaralananlar var

İranda sərhəd zastavasına hücum olub.APA-nın Tehran bürosunun məlumatına görə, Sistan və Bəluçistan əyalətinin Zabul şəhərində baş verən hücum zamanı bir əsgər ölüb, 3 nəfər yaralanıb.

Silahlı hücumun qaçaqmalçılar tərəfindən həyata keçirildiyi bildirilir. Məlumata görə, onlar sərhədçilərə nahar zamanı hücum ediblər.

Sosial səhifələrdə paylaş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol