Türkiyənin Energetika, yanacaq və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib ki, ölkənin energetika sisteminə kütləvi kiberhücumlar ABŞ ərazisindən edilib. Xəbəri A Haber telekanalı yayıb.
"Bizdə təkzibedilməz faktlar var ki, bu kiberhücumların mənbəyi ABŞ-dır. Bizim energetika sistemimizə bütün hücumlar bu dövlətin ərazisindən həyata keçirilib. Bizim mütəxəssislərimiz bu hücumların qarşısını almaq üçün zəruri tədbirlər görürlər”, - deyə türk nazir telekanalın efirində bildirib.


Şərhlər