AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrail peyki Suriya ərazisində Rusiyanın «İskəndər» ballistik raketlərini qeydə alıb.
«Walla» portalının məlumatına görə, raketlər Rusiya ordusunun yük maşınlarına quraşdırılıb və Latakiyadakı Suriya hərbi-hava qüvvələri (HHQ) bazasının ərazisində saxlanır.
«Jerusalem Onlain» saytı isə öz növbəsində, təsdiq edir ki, raket quraşdırılmış yük maşınları xüsusi «sığınacaq»larda peyk izləmələrindən gizlədilir, bölgədə yağan güclü yağışlar isə sığınacaqları «yuyaraq» izləri itirib.
Bundan əvvəl «Rosoboroneksport» şirkətinin Baş direktoru Aleksandr İsaykin Suriyaya «İskəndər» raketlərinin göndərilməsi barədəki xəbəri təkzib etmişdi.

Şərhlər