Menu

ABŞ Konqresi prezident seçkisinin nəticələrini təsdiqlədi

07.01.2017, 00:28
ABŞ Konqresi prezident seçkisinin nəticələrini təsdiqlədi

ABŞ Konqresi 8 noyabr prezident seçkilərinin nəticələrini təsdiqləyib.TASS xəbər verir ki, Respublikaçılar partiyasının namizədi Donald Tramp seçkilərin qalibi elan edilib.

Seçici kollegiyası üzvlərinin səsverməsi Senat və Nümayəndələr Palatasının birgə iclasında baş tutub. Donald Tramp 304, onun rəqibi Hilları Klinton isə 227 səs toplayıb.

Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol