Menu

ABŞ-n tank briqadası yanvarın 12-də Polşada olacaq!

07.01.2017, 00:29

150310174613_us_tanks_640x360_reuters_nocreditAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) tank briqadası yanvarın 12-də Polşada olacaq. Bunu Polşanın müdafiə naziri Antonio Maçereviç bəyan edib.

Bundan əvvəl «RAR» agentliyi xəbər vermişdi ki, cümə günü Almaniyanın Bremenhaven limanına Amerikanın tank briqadasının hərbçiləri və texnikası daxil olmağa başlayacaq. Briqada o cümlədən, Polşada da dislokasiya olunacaq. Agentliyin məlumatına görə, Amerika hərbçiləri bu ölkəyə növbəti həftə gələcəklər.

«Amerikanın ağır tank briqadasının iştirakını hazırlayan komandalar dekabr ayından Polşadadırlar. Onlar maşınla gəzərək, konkret dislokasiya yerlərini hazırlayırlar. Ağır briqada isə - mən bilmirəm, bunu deyə bilərəm, yoxsa yox, ancaq risk edəcəm - yanvarın 12-də gələcək»-deyə, Maçereviç Polşa televiziyasının efirindən bəyan edib.

Polşanın müdafiə naziri danışıb ki, təkcə tank briqadası çərçivəsində yox, ümumilikdə, ölkəyə 7 min amerikalı hərbçi gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol