Menu

BMT Astanadakı Suriya danışıqlarına dəvət almayıb

07.01.2017, 15:24

bmtAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, yanvarın sonunda Astanada gözlənilən Suriya danışıqlarına (Suriya hökuməti ilə müxalifəti arasındak danışıqlar) Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmi dəvət almayıb. Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyücarrik cümə günü jurnalistlərə bəyan edib.

«Biz, rəsmi dəvət almamışıq. Bu darədə disskusiya davam edir» - deyə, nümayəndə bəyan edib. Onun sözlərinə görə, BMT danışıqların təşkilində iştirak etmir, ancaq «onları tam dəstəkləyir».

Dyücarrik Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Baş katib Antoniu Qutteişlə yanvarın 5-də keçirilmiş görüşdə səsləndirdiyi bu fikrindən məmnunluq ifadə edib ki, Astanadakı danışıqlar Suriyadakı münaqişənin sülh yolu ilə həli istiqamətində BMT-nin çətiri altında aparılan prosesin bir hissəsi olmalıdır. Hal-hazırda beynəlxalq təşkilat Suriya danışıqlarının növbəti raunduna hazırlaşır. Danışıqlar fevralın 8-də Cenevrədə planlaşdırılır.

BMT Baş katibinin rəsmi nümayəndəsi bəyan edib ki, Astanadakı danışıqlar - «rəqabət səciyyəli proses deyil. Bu danışıqlara Cenevrə disskusiyası ərəfəsində aralıq fasilə kimi baxmaq olar».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol