Menu

Suriyada partlayış törədilib: 25 nəfər ölüb, çoxlu sayda yaralanan var

07.01.2017, 16:01
Suriyada partlayış törədilib: 25 nəfər ölüb, çoxlu sayda yaralanan var

Suriyanın şimalında yerləşən Aazaz şəhərində törədilən partlayış nəticəsində 25 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhərdə minalanmış avtomobil partladılıb.

Qeyd edək ki, Aazaz şəhəri Suriya-Türkiyə sərhədində yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol