Mayın 13-də İsrail paytaxtı Tel-Əvivin Dairə Məhkəməsi sabiq baş nazir Ehud Olmertə 6 il həbs cəzası kəsib. Olmert Yerusəlimdəki “Xolilend” yaşayış kompleksinin tikintisinə görə rüşvət almaqda təqsirli bilinib.
“Media forum” saytı xəbər verir ki, Olmert hökmdən Ali Məhkəməyə şikayət etməsə, İsraildə sabiq prezident Moşe Katsavdan (2011-ci ildə zorlamaya görə 7 il həbs alıb) sonra real həbs cəzasına məhkum olunan ən yüksək rütbəli şəxs sayılacaq.
“Xolilend” işi 1990-cı illərdə və 2000-ci ilin əvvəllərində Yerusəlim meri postunu tutan Olmertin hökumət başçısı vəzifəsindən istefasına səbəb olub və siyasi karyerasına son qoyub.


Şərhlər