Menu

Braziliyada növbəti həbsxana qiyamı baş verib, ölənlər var

08.01.2017, 21:17

hebsxana-2_494470357427Braziliyanın şimalında növbəti həbsxana qiyamı baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amazonas ştatının ictimai təhlükəsizlik üzrə rəhbəri Serciu Fontes məlumat verib.

Manaus ştatında yerləşən həbsxanada baş verən qiyam nəticəsində 4 nəfər ölüb. İnsidentin səbəbi hələ ki, məlum deyil.

Son bir həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol