AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Roma papası zirehli avtomobilə oturmaqdan imtina edib. Onun bütün sələfləri belə avtomobillərdə hərkət ediblər. Amma pontifik xarici səfərlər zamanı adi maşınlarda gəzir.
«Röyter» agentliyinin məlumatına görə, Fransisk mümkün risklər barədə məlumatlı olduğunu bildirib, ancaq hesab edir ki, onunla xalq arasında həddindən artıq manelər olmamalıdır.
Roma papası bu barədə İtaliyalı jurnalist Andrea Tornellinin «Səyahət» kitabına yazdığı girişdə fikir səsləndirib. Kitabda Roma papasının son 2,5 ildəki 17 səfərindən söhbət açılır.

Şərhlər