Menu

Rusiya Duması saxta referendumların nəticələrini tanıdı

13.05.2014, 17:47
Rusiya Duması saxta referendumların nəticələrini tanıdı

“Luqanskda və Donetskdə keçirilən referendumlar bu şəhərlərin sakinlərinin özlərini Kiyev xuntasının hərəkətlərindən qorumaq cəhdidir”. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkiın bildirib.

“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov isə Cənub-Şərqi Ukrayna əhalisini “ləyaqətli seçim” münasibətilə təbrik edib. “Biz Ukrayna regionlarının rəyinə hörmət edir və referendumun nəticələrini tanıyırıq. İndiki məqamda Kiyevlə yalnız güc dilində danışmaq mümkündür” – deyib Mironov.

Jirinovskinin partiyası (LDPR) də saxta referendumların nəticələrini tanıdığı barədə bəyanat yayıb.

Musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol