Menu

Türkiyə ABŞ-dan gözləntilərini açıqlayıb

09.01.2017, 17:18
Türkiyə ABŞ-dan gözləntilərini açıqlayıb

Rəsmi Ankara ümid edir ki, ABŞ-ın yeni administrasiyası Türkiyə ilə münasibətlərdə bundan əvvəlki səhvlərə yol verməyəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu IX Səfirlər konqresinin iclasında deyib.

Nazir qeyd edib ki, Türkiyə ABŞ siyasətinin iki məsələdə dəyişəcəyinə ümid edir:

"Onlardan birincisi, Fəthullah Gülənin və tərəfdarlarının Türkiyəyə ekstradisiyasıdır. İkincisi isə ABŞ-ın terrorçu PKK təşkilatının tərkib hissəsi olan "Kürd xalq özünümüdafiə bölmələri" (YPG) qruplaşması ilə əməkdaşlığının dayanadırılmasını nəzərdə tutur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol