AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-n Texas ştatının senatoru Ted Kruz Pekinin proqnozlaşdırılan etirazlarına məhəl qoymadan, bazar günü tranzitlə ABŞ-da olan Çin Tayvanı administrasiyasının başçısı Tsay İnven ilə görüşüb.
«İki millət arasındakı iqtisadi əməkdaşlığın inkişafı prioritet olmalıdır. Tayvan bazarına girişin genişlənməsi Texas fermerləri və kiçik biznesi üçün faydalı olacaq» - deyə, senator tərəfindən yayılan bəynatda qeyd olunur.
Bu zaman senator əlavə edib ki, görüşdən az əvvəl ştatın hakimiyyəti Çin səfirliyindən məktub alıb. Məktubda Amerika senatorlarının Tsay İnvenlə görüşlərinin arzuolunmazlığı və «vahid Çin» pinsipinə əməl olunmasının əhəmiyyəti barədə fikir yer alıb.
«Çin Xalq Respublikası (ÇXR) anlamalıdır ki, Amerika buraya səfər edənlərin hansıları ilə görüşmək məsələsi barədə özü qərar qəbul edir. Çinlilər bizə kimlərlə isə (onlar üçün arzuolunmazlarla) görüşməyi qadağan edən veto hüququ təqdim etməyiblər. Odur ki, özümüzə faydalı olacağı təqdirdə, biz də ixtiyari həmkarla, o cümlədən, tayvanlılarla görüşməkdə davam edəcəyik» - deyə, Kruz əlavə edib.
Pekin, ABŞ-da keçirilmiş Prezident seçkilərindən sonra, yeni seçilmiş Prezident Donald Trampla Tsay İnven arasında baş tutmuş telefon danışığından kəskin narahatlığını ifadə edib. Bir qədər sonra isə ÇXR Amerika Dövlət Departamentinə müraciət edərək, Tsay İnvenə Latın Amerikasına yolüstü tranzit vizası verməkdən çəkinməyi xahiş edib.


Şərhlər