Menu

Ən yaxşı futbolçu seçimində "Qarabağ"ın 2 futbolçusu iştirak edib

10.01.2017, 01:19

1389097088_qarabag-futbol-klubu-yenitghRəşad Sadıqov ilk üçlükdə müvafiq olaraq Kriştiano Ronaldo, Lionel Messi və Antuan Qrizmannı göstərib

FİFA 2016-cı ilin ən yaxşı futbolçusu üçün səsvermənin nəticələrini açıqlayıb.

"Report"un məlumatına görə, sorğuda milli komandaların kapitanları ilə baş məşqçiləri iştirak ediblər.

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov ilk üçlükdə müvafiq olaraq Kriştiano Ronaldo, Lionel Messi və Antuan Qrizmannı göstərib. Sonda ardıcıllıq da belə olub.

Sadıqovun "Qarabağ"dakı komanda yoldaşı, Albaniya yığmasının kapitanı Ansi Aqolli də ardıcıllığı bu cür göstərib.

Qeyd edək ki, Ronaldo 34,54 faiz səslə qalib olub. Messi səslərin 26,42 faizini, Qrizmann 7,53 faizini toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol