Menu

Siqaret çəkmək qlobal iqtisadiyyata 1 trln. dollara başa gəlir

10.01.2017, 16:04
Siqaret çəkmək qlobal iqtisadiyyata 1 trln. dollara başa gəlir

Siqaret çəkmək dünya iqtisadiyyatına hər il 1 trln. dollara başa gəlir. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Milli Onkologiya İnstitutunun birgə tədqiqatının nəticələrində bildirilir.

Bu xərclər dünya üzrə tütün məmulatlarına tətbiq olunan aksiz vergisindən (təxminən 269 mlrd. dollar) daha çoxdur.

Tədqiqatın nəticələri göstərir ki, 2030-cu ilədək tütün məmulatları ilə əlaqədar ölümlərin sayı hazırkı 6 milyondan 8 milyona yüksələcək. Bu cür ölümlərin 80%-i orta və aşağı gəlirli ölkələrin payına düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol