Verilən yeni məlumata əsasən polis idarəsinə girməyə çalışan terrorçu öldürülüb.Terrorçunun üzərində bomba olub. Hadisə yerində digər terrorçularla silahlı qarşıdurma başlayıb.
2 və ya 3 terrorçu üzərində bomba jileti ilə idarəyə girməyə çalışıb.
Terrorçuları həbs etmək üçün polis əməliyyat tədbirləri keçirir.
Qaçan terrorçulardan biri polis idarəsinin avtomobil dayanacağındadır.
Atışma davam edir.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Vilayət Polis İdarəsində (Əmniyyət Müdirliyi) atışma başlayıb və hazırda davam edir.
Hadisə yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.


Şərhlər