Menu

Avropanın təhlükəsizliyi Türkiyədən başlayır - Yıldırım

10.01.2017, 21:38

binali yildirimTürkiyənin baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib.

Trend-in məlumatına görə, baş nazir bildirib ki, terrorçu təşkilatlara qarşı ikili standartlar qlobal sülhə ən böyük xəyanətdir: "Türkiyənin müttəfiqi və tərəfdaşı olan Avropa terrorçulara fərqli yanaşır. İş PKK-ya gələndə Avropa göz yumur, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tutur. Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol