Menu

Avropada İİV-yoluxmaların üçdə ikisi Rusiyanın payına düşür

10.01.2017, 23:13

iivAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropada insan immunidefisiti virusna (İİV) yeni yoluxmaların 60,0 faizindən çoxu Rusiyanın payna düşür. Bu rəqəmləri «Globalcocktails» tədqiqatları ortaya çıxarıb.

2015-ci ilin yekunlarına görə, Rusiyada 98 177,0 İİV-yoluxma faktı qeydə alınıb ki, bu da Avropada bütün yeni qoyulmuş diaqnozların 64,0 faizi deməkdir. 2014-cü illə müqayisədə bu göstərici 4,0 faiz artıb.

Resurs təsdiqləyir ki, Rusiyada yoluxmalar il ərzində 15,0 faiz, 5 il ərzində 57,0 faiz, 10 il ərzində 133,0 faiz artıb.

Federal QİÇS Mərkəzinin məlumatına görə, xəstəliyin ötürülmə hallarının 58,0 faizi narkotiklərdən istifadənin payına düşür. Yerdə qalan qismi isə heteroseksual cinsi əlaqələrə, yalnız 1,5 faizi eynicinsli seksə aid edilir.

Ötən ilin noyabrında məlum olub ki, Rusiyanın 10 bölgəsində İİV-infeksiya hallarının yayılması üzrə vəziyyət kritik hala gəlib.

Redaksiyadan: Çox istərdik ki, Səhiyyə Nazirliyi də Azərbaycanda istiqamət üzrə belə bir dolğun və obyektiv statistika dərc edəydi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol