Menu

Dağıstanlı eşşəyini avtobusla Moskvaya göndəmək istəyib!

10.01.2017, 23:39
Dağıstanlı eşşəyini avtobusla Moskvaya göndəmək istəyib!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bir dağıstanlı öz eşşəyini avtobusla Moskvaya göndərməyə cəhd edib.

Kişi sərnişinlərin gülüşü altında avtobusun sürücüsünü razı salmağa çalışıb ki, eşşəyini yük yerinə yerləşdirsin. O, sürücünü inandırmağa çalışıb ki, eşşəyi sakit heyvandır və yük yerinə yerləşər.

Məlumatda bildirilir ki, kişi böyük ehtimalla, eşşəyi Moskvaya yola salmağı planlaşdırıb.

Avtobusun sərnişinləri eşşək sahibi ilə beləcə zarafatlaşıblar: «Sən ona hara aparırsan? Onun pasportu varmı?».

Hamı gülüşüb. Son nəticədə, kişi eşşəyi yük yerinə yerləşdirə bilib. Görünür, belə vəziyyətlərə öyrəşmiş eşşəkciyəz heç bir müqavimət göstərməyib və yük yerində müticəsinə «oturub».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol