Menu

Çin ilk Su-35 təyyarələrini alıb

11.01.2017, 00:10

su35_JZQT«AzPolitika.info»-nun xarici KİV-ə istinadla yaydığı xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) 4-cü nəsil ilk Su-35 çoxməqsədli-yüksəkmanevrli qırıcıları aldığını təsdiqləyib. Təyyarələr Çinə 2016-cı il dekabrın sonunda göndərilib. Xəbəri «Defense News» nəşri yayıb.

Kontrakta əsasən, Rusiya tərəfi Çinə Su-35 tipli 24 ədəd təyyarəni istehsal edib, göndərməlidir. Versiyalardan birinə görə, Çin bu kontraktı təxminən, 5 illik fasilədən sonra əldə edə bilib. Alınan təyyarələrdə Çin tərəfini hər şeydən əvvəl, Saturn AL-41F1C (117) güc qurğusu maraqlandırır.

Məhz bu mühərriklərin sayəsində Su-35 təyyarələri yüksək maner qabiliyyəti əldə etmiş olub. Bu mühərriklər 5-ci nəsil qırıcıları üçün nəzərdə tutulmuş AL-41F1 mühərrikinin sadələşdirilmiş variantıdır.

Ümumiləşdirilmiş əlamətlərinə görə, Su-35 təyyarələri 4-cü nəsilə aid edilsə də, praktiki olaraq 5-ci nəsil təyyarələrindən fərqlənmirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol