Menu

Kerri «İD»-dən Əsədə qarşı istifadəni müzakirə edib

12.01.2017, 16:02

kerri«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «The Washington Times» nəşri ABŞ dövlət katibi Con Kerrinin «Suriya fəalları ilə» danışığının audioyazısının əldə olduğunu xəbər verib. Audioyazıda Kerri «İslam dövləti» (İD) terrorçu qruplaşmasının Suriyanın beynəlxalq birlik tərəfindən tanınmış hakimiyyətinə qarşı istifadə edilməsi məsələsini müzakirə edir.

Audioyazı 2016-cı ilin sentyabrında BMT Baş Assambleyasının dəhlizlərində aparılıb. Kerri Suriya və İraqda «İD»-nin iştirakının genişlənməsi fonunda, Əsədə qarşı təzyiq strategiyasndan danışıb.

«Rusiya Suriyaya ona görə gəldi ki, «İD» getdikcə güclənir. Terrorçular Dəməşqi - həm də təkcə Dəməşqi yox -tuta bilərlər. Biz müşahidə apardıq. Gördük ki, «İD»-nun gücü artır və düşündük ki, Əsəd təhlükə qarşısındadır» - deyə, Kerri bildirib.

Suriya münaqişəsində Rusiyanın iştirakına qədər Obama administrasiyası ümid edirdi ki, bölgədə terroçuların ekspansiyası Bəşər Əsədi kapitulyasiya barədə danışıqlara başlamağa məcbur edər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol