Tacikistan prezidenti Emoməli Rəhmon böyük oğlu Rüstəm Emoməlini paytaxt Düşənbənin meri vəzifələrini icra edən təyin edib.
Trend-in məlumatına görə, son 19 il ərzində şəhərin meri olmuş Məhmədsəid Ubaydulloyev mer vəzifəsindən azad edilib.
Məlumatda o da bildirilir ki, prezidentin 29 yaşlı oğlu bugünədək Dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyinə rəhbərlik edirdi.


Şərhlər