Menu

"Google" nəhəng layihəsini dayandırdı

13.01.2017, 10:32
"Google" nəhəng layihəsini dayandırdı

Trend-in məlumatına görə, 2014-cü ildə pilotsuz uçuş aparatları (PUA) istehsal edən "TitanAerospace" şirkətinin səhmlərini alan "Google" dünyada internetin əlçatmaz olduğu yerlərdə PUA vasitəsilə internet xidmətlərinin göstərilməsini nəzərdə tutan "Titan" layihəsini dayandırdığını elan edib.

Qeyd edək ki, bundan əvvəl aparılan sınaq uçuşlarından sonra "Titan" bəzi texniki problemlərlə qarşılaşmış və layihə üçün ayrılan maliyyə vəsaiti azaldılmışdı. Daha sonra PUA Arizonada qəzaya uğramışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol