Vəkil Aslan İsmayılov Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun “kimin kim olduğunu xalqa bildirmək” çağırışından yayınıb. Vəkil bu barədə jurnalistlərin sorğusunu cavabsız qoyub.
Xatırladaq ki, Etimad İsmayılov Aslan İsmayılovun müsahibəsində bu partiyanın sədri və atası İlyas İsmayılovla bağlı işlətdiyi hörmətsiz fikirlərə cavabında belə bir çağırış etmişdi. O, “AzPolitika”ya açıqlamasında bunları demişdi:
“Bu gün Aslan İsmayılov yenə də İlyas İsmayılovu hədəfə alıb. Özü də hörmətsiz şəkildə. Atası yaşında adama “İlyas” deyir. Nəyə görə edir bu “qoçuluğu”, hansı namussuz biqeyrətə xoş gəlmək istəyir, mənə bəllidir…
Amma bu gün də Allahıma sığınaraq, Aslan İsmayılova üz tutub deyirəm ki, qərar sizin, kimin kim olduğunu xalqa bildirək? Cavabını jurnalistlər öyrənsinlər”.
Maraqlıdır ki, qalmaqallardan, qarşlıqlı ittihamlardan zövq alan A.İsmayılov bu çağırış qarşısında susqunluğunu pozmayıb. Bəs qarşı tərəf bunu necə qarşılayıb? E.İsmayılov nələri bilir və xalqa açıqlaya bilər ki, vəkil bundan ehtiyat edir?
Bu sualla E.İsmayılova müraciət etdik. Lakin o, qarşı tərəfin çağırışa cavab vermədiyini əsas gətirərək bu barədə danışmaqdan imtina etdi.
V.Nəsibov

Şərhlər