Ukraynanın şərqindəki Kramatorsk şəhərində baş vermiş son insident zamanı 6 ukraynalı hərbiçi həlak olub, 9 nəfər isə yaralanıb.
Avropa.info-nun Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hərbiçilər Ukrayna əsgərlərinin olduğu posta ərzaq aparan zaman mühasirəyə düşüb və separatçılarla baş vermiş atışmada 6 ukraynalı hərbiçi həlak olub.
Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, atışma zamanı separatçılar da itiki verib.


Şərhlər