Menu

Təbrizdə tunel çöküb, ölən və xəsarət alanlar var

13.01.2017, 21:32
Təbrizdə tunel çöküb, ölən və xəsarət alanlar var

Təbrizdə tunelin çökməsi nəticəsində 3 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, insident Təbrizin Xaqani küçəsində baş verib.

Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizin elektrik enerjisini təmin etmək məqsədi ilə 500 meqavat elektrik kabelləri ötürmək üçün qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2.5 metrdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol