Menu

İntihara cəhd edən Hacıqabul sakini xəstəxanada ölüb

14.01.2017, 09:22
İntihara cəhd edən Hacıqabul sakini xəstəxanada ölüb

Sirkə turşusu içərək xəstəxanaya yerləşdirilən Hacıqabul sakini xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanvarın 10-da Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Məmmədova Zöhrə Məmmədcəfər qızı sirkə turşusu içərək intihar cəhd edib. Həmin gün sirkə turşusundan kimyəvi zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Zöhrə Məmmədova səhər saatlarında dünyasını dəyişib.

İntihara səbəb müayinə zamanı qadına onkoloji xəstəlik diaqnozunun qoyulması olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol