Menu

Tramp Putinlə görüşməyə hazırdır

14.01.2017, 12:13

tramp putinAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni Prezidenti Donald Tramp Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

Bundan əvvəl Trampın keçid komandasının nümayəndəsi Şon Spayser ABŞ və RF liderləri arasında telefon danışığına hazırlıq görüldüyünü bəyan etmişdi.

Yeni Prezident Donald Tramp «Wall Street Journal» qəzetinə müsahibəsində inauqurasiyasından bir müddət sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.

Xatırladaq ki, bundan əvvəl, 2016-cı ilin noyabrında ABŞ-da prezident seçkilərinə yekun vurulduqdan sonra, Putin və Tramp arasında telefon danışığı olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol