AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya tərəfindən gözlənilən təhlükə səbəbilə, Danimarka özünün hərbi büdcəsini artırır.
Ölkənin Müdafiə Nazirliyi qeyd edir ki, bu tədbir Rusiya raket əleyhinə müdafiə (RƏM) sistemlərinin Kalininqrad vilayətində yerləşdirilməsinə bir cavabdır.
Danimarkanın müdafiə naziri Klaus Hort Frederiksen bəyan edib ki, Kopenhagen «Rusiya təhlükəsi»nə qarşı müdafiə büdcəsini artıracaq.
«Biz müşahidə edə bilərik ki, Rusiya Kaliniqrad vilayətində yeni raketlər yerləşdirir və bu raketlər Kopenhagenə çata bilər. Bu, ciddi riskdir» - deyə, müdafiə naziri «Berlinqske» qəzetinə müsahibəsində qeyd edib.
Bununla bərabər, Frederisen onu da əlavə edib ki, NATO üzrə həmkarlarının təzyiqinə baxmayaraq, Danimarka hərbi büdcəsini ümumi daxili məhsulunun (ÜDM) 2,0 faizi ekvivalentinə qədər artıra bilməz.


Şərhlər