Menu

Malayziyada İŞİD-lə əlaqədə olan 6 nəfər həbs edilib

15.01.2017, 14:42

ISID1470033663Polis onların mənzillərində partladıcı maddələr üçün materiallar aşkar edib

Malayziyada İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Xəbərdə bildirilir ki, bununla bağlı əməliyyat ölkənin şimal-qərbindəki Pasir-Mas şəhərində aparılıb. Saxlanılanlar 30-40 yaşlı şəxslərdir.

"Söhbət onların İŞİD-lə əlaqəsindən gedir. Biz daha sonra bu şəxslərin ölkə üçün təhlükəli olub-olmamaları barədə də təhqiqat aparacağıq" – deyə polis rəsmisi bildirib.

Polis saxlanılanların mənzillərində partladıcı maddələr üçün materiallar aşkar edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol